4 noyabr 2013 13:25
Türkiyə KİV-i Yunisoğlunu Örücü ilə səhv saldı (VİDEO)
Futbol üzrə Türkiyə birinci divizionunun 11-ci turu çərçivəsində keçirilmiş oyunda “Denizlispor” səfərdə “Karşıyaka” üzərində 1:0 hesablı qələbə qazanıb. Azerisport.az oyundan qısa video-çarxı diqqətinizə çatdırır.
Qonaqların heyətində Saşa Yunisoğlu 90 dəqiqə meydanda mübarizə aparıb. Qeyd edək ki, oyunda vurulmuş yeganə qol Türkiyə KİV-i tərəfindən əvvəlcə Yunisoğlunun adına yazılıb. Sonrakı araşdırma nəticəsində məlum olub ki, qolun müəllifi Barış Örücüdür. Əlavə edək ki, “Denizlisor”un digər azərbaycanlı futbolçusu Arif İsayev zədə səbəbi ilə oyunda iştirak etməyib.
