3 noyabr 2013 00:16

Sadıqov: XL üzərindəki qələbəyə görə futbolçularımıza mükafat verilməyəcək

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi

- Komandanızın “Xəzər Lənkəran”la oyunu barədə nə deyə bilərsiz?
- Oyundan öncə hesabın bu cür böyük olacağını heç təsəvvür belə edə bilməzdim. Yəqin ki, belə bir hesabın olacağını desəydim, mənə gülərdilər. Amma uşaqlar öz oyunlarıyla göstərdilər ki, bu qələbəyə layiqdilər. Futbolçularımızı və məşqçilər korpusunu təbrik edirəm. Onlar layiqli şəkildə qələbə qazandılar.
 
- Super Kubok oyunundakı məğlubiyyətin qisasını almaq hissi var idi?
- Bəs necə? Naxçıvandakı məğlubiyyətdən sonra rəqibdən zəif olmadığımızı isbatlamağa borclu idik. Şadam ki, revanş ala bildik.
 
- Azarkeşlər az idi...
- Bunun səbəbi aydındı. Siz məndən nə eşitmək istəyirdiz ki? “Xəzər Lənkəran” azarkeşlərini AFFA İntizam Komitəsi cəzalandırıb. Bu da öz təsirini göstərdi. Onların da azarkeşləri olsaydı, stadion tam dolardı. Görünür, hələlik belə lazımdı.
 
- Ola bilər ki, bundan sonra həmişə belə olsun?
- Əlbəttə ki, yox. Super Kubok oyunundan sonra biz bütün fikir ayrılıqlarını müzakirə etdik və klublar arasında problem yoxdu. “Xəzər Lənkəran” da Azərbaycan klubudu, onlar da, biz də futbolumuzun inkişafı üçün çalışırıq. Cənub klubunun yaxşı azarkeş ordusu var. İlk dövrədə baş verənlərin təkrarlanacağını düşünmürəm. Yaxın zamanlarda azarkeşlərlə bağlı qadağanın ləğv olunacağını düşünürəm. Bizim klubların əsas hədəfi avrokuboklarda uğur qazanmaq olmalıdı. Kuboku, Premyer Liqanı qazanmaq problem deyil. Beynəlxalq arenada uğur qazanmaq lazımdı.
 
- Nazim Süleymanovun üçüncü köməkçisi kim olacaq?
- Hələlik onun köməkçisi Səmədağa Şıxlarovdu.Üçüncü köməkçi barədə mənə heç nə deməyib. Bizdə həmçinin fiziki hazırlıq üzrə və qapıçılarla işləyən məşqçilər də var. Gördüyünüz kimi, hər şey qaydasındadı. Hələ ki, əlavə köməkçiyə ehtiyac yoxdu.
 
- Yəqin ki, komandanı əzəli rəqibi üzərindəki qələbəyə görə yaxşı mükafat gözləyir...
- Bu oyuna görə mükafat olmayacaq. Mövsümün əvvəlindən heç kimə mükafat verməmişik. Klubun sponsorları ilə danışığımız olub. Kluba mükafat yalnız çempion olacağı və ya kuboku qazanacağı təqdirdə veriləcək. Əgər komanda hər oyunda qələbə qazanacağı halda mükafat alacaqsa, çempion olacağımız halda nə etməliyik? Yeni sistem kifayət qədər normaldı.Futbolçularda daim stimul olacaq ki, hər oyunda qələbəyə oynasın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.