3 noyabr 2013 20:40
Yunisoğlu Dənizlispora 90-cı dəqiqədə qələbə qazandırdı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Dənizlispor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda səfərdə “Karşıyaka” ilə qarşılaşıb. Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Arif bu dəfə də matçın iştirak ərizəsində yer almayıb. Saşa isə ilk dəqiqələrdən meydanda olub. Sona qədər mübarizə aparan futbolçumuz 90-cı dəqiqədə hətta komandasına qələbə qazandıran qola da imza atıb.
Qeyd edək ki, “Denizlispor” hazırda 11 xalla 16-cı pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
11-ci tur
3 noyabr
Karşıyaka - Denizlispor - 0:1
