3 noyabr 2013 18:15
Abışovun komandası Rostova da qalib gələ bilmədi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu tur “Rostov”la üz-üzə gəlib.
Oyun rəqib meydanında keçirilirdi. Bu üzdən də həmyerlimizin komandasını çətin sınaq gözləyirdi. 90 dəqiqə ərzində tərəflər qapılara qol vura bilməyiblər və görüş sülhlə bitib.
“Rubin”in baş məşqçisi Kurban Berdiyevin Ruslana bu dəfə şans verib-verməyəcəyi maraqla gözlənilirdi. Millimizin üzvü bu dəfə də matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Rubin” geridə qalan turlarda cəmi 17 xal toplaya bilib və 11-ci pillədə qərarlaşıb.
Rusiya Premyer Liqası
15-ci tur
3 noyabr
Rostov - Rubin - 0:0
