3 noyabr 2013 11:33
Ponamaryov Azərbaycan yığmasına öz namizədlərini açıqladı
Azərbaycan futbolunun veteranı İqor Ponomarov azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasını çalışdıra biləcək üç mütəxəssisin adını çəkib. Onu fikrincə yığmanı üç yerli mütəxəssisdən birinə etibar etmək olar.
“Yerli mütəxəssislər arasında seçim azdır. Ağasəlim Mircavadov, Qurban Qurbanov, Nazim Süleymanov. Süleymanov “Neftçi” ilə yenicə müqavilə bağlayıb. Bu səbəbdən onun namizədliyi haqda danışmaq tezdir. Qurbanovun “Qarabağ”da işləri pis getmir. Mircavadov işsiz olmasına baxmayaraq, bilik və təcrübəsi var”.
