3 noyabr 2013 11:17
Mahir Şükürov: Con Toşak özünü məşqçi kimi aparmır
“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran” üzərində darmadağınla qalib gələcəyinizi təsəvvür edirdiniz?
- Belə deyərdim ki, rəqibdən üstün olduğumuzu bilirdik. Amma heç kim belə bir hesabın qeydə alınacağını deyə bilməzdi. Qələbə qazanacağımıza da inanırdıq.

- Böyük hesabla qalib gələcəyinizi nə vaxt başa düşdünüz?
- İkinci qolu vurduqdan sonra rəqibi yenidən cəzalandıra biləcəyimizə ümid yarandı. İlk yarıda çətin ki, kimsə belə bir şey gözləyərdi. Çünki “Xəzər Lənkəran” da hücumda fəal idi. Onların baş məşqçisi bizim necə oynadığımızı, hansı cinahların daha fəal olduğunu yaxşı bilir. Amma ikinci yarıda onun haqqımızda bildikləri də bir fayda vermədi. Biz meydan sahibi olduğumuzu sübut etdik.

- Oyun öncəsi gərginlik var idi. Bu, matçın startında da özünü göstərdi. Kiçik toxunuş sonrası mübahisə düşdü...
- Bu, futboldu. Prinsipial qarşılaşmalarda həmişə belə olur. Əsas odu ki, biz rəhbərliyə verdiyimiz sözü tutduq.
- Nə söz vermişdiz ki?
- Super Kubokdakı məğlubiyyətdən sonra bu komandaya qalib gələcəyimizə söz vermişdik. Ona görə də bu qələbəni rəhbərliyə həsr edirik.

- Yeri gəlmişkən, oyunun əvvəlində Con Toşak sizə nə dedi ki, həmin epizodda özünüzdən çıxdınız?
- O, baş məşqçidi və özünü necə aparmaq lazım olduğunu yaxşı bilməlidi. Əgər rəqibə qarşı kobud oynamışamsa, buna görə futbolçudan üzr istəyə bilərəm. Daha bu söhbətə baş məşqçi niyə qarışır ki? O, mənim üstümə qışqırdı. Bunu nəyə görə etməlidi ki?
- O, nə dedi ki?
- Onun nə dediyini heç başa da düşmədim. Amma bizim braziliyalılar onun cavabını verdilər. O, hər oyunda belə narazılıq yaradır. Kubokun finalında olanlar yəqin yadınızdadı. O, məşqçidi, özünü məşqçi kimi aparmalıdı.

- Azarkeşlərin sayının az olması barədə nə deyə bilərsiz?
- Düzünü deyim ki, belə daha yaxşıdı. Əks halda dava düşür, qalmaqal yaranır. Kimə lazımdı axı bunlar? Heç kimə. Qoy onların azarkeşləri bura gəlməsin, bizimkilər də ora getməsin.