3 noyabr 2013 19:38
Qurban Qurbanov: Hər oyunda 7 qol vurulmur
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 4:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik. “Qəbələ” sübut etdi ki, yaxşı komandadı, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdı. Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı. Əbəs yerə ilk üçlükdə olmadığını göstərdilər”.
