3 noyabr 2013 19:12
Aqil Məmmədov: Oyundan və nəticədən razıyam
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş AZAL ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Çətin və maraqlı qarşılaşma oldu. Oyundan və nəticədən razıyam. Futbolçularım sona qədər mübarizə apardı. Uşaqlar sözün əsl mənasında meydanda can qoydu".
