3 noyabr 2013 19:05
Vaqif Sadıqov: AZAL 2 xal itirdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Zədəli futbolçuların çoxluğundan əziyyət çəkirik. ARtıq neçə turdur ki, futbolçuları məcburiyyətdən fərqli mövqelərdə aynadıram. Düşünmürəm ki, "Sumqayıt"dan zəif oynadıq. Qarşılaşma ərzində 5-6 real qol epizodu yaratsaq da, hesabı aça bilmədik. AZAL "Sumqayıt"la oyunda 2 xal itirdi".
