3 noyabr 2013 15:38
İsgəndər Cavadov: Milliyə yerli məşqçinin gəlməsi risk olacaq
Veteran futbolçu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində milli komandanın baş məşqçi postuna namizədlərdən danışıb:
“Mətbuatda bir sıra namizədlərin adı çəkilir. Yığmada işləyə biləcək mütəxəssislərimiz var - Mircavadov, Qurbanov, Sadıxovun adını çəkmək olar. Amma etiraf etməliyik ki, indki halda milliyə gələcək məşqçi risk edəcək. Axı Foqts 6 ildən sonra göstərdi ki, komandayla ümumi dil tapıb. Onu əvəzləyəcək məşqçi üzərində təzyiq hiss edəcək. Çünki, o ən azı alman məşqçinin nəticəsini təkrarlamalıdı. Bu mənada risk etməyimizi istəməzdim. Foqts millidə qalsa, burada qəbahət heç nə yoxdu”.
