3 noyabr 2013 15:19
Land of fire Azerbaijan ilə növbəti qələbə (VİDEO, FOTOLAR)
Futbol üzrə Fransa Liqa 2-də növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” 13-cü tur çərçivəsində “Kann”la üz-üzə gəlib.
Görüş “Lans”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində “Land of fire Azerbaijan” formalı komanda turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
