3 noyabr 2013 00:44
Davud Kərimisiz Fethiyespor darmadağın oldu
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Manisaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, onun adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Fethiyespor” geridə qalan turlarda 4 xal toplayıb və hazırda 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
11-ci tur
26 oktyabr
Manisaspor – Fethiyespor – 5:1
