3 noyabr 2013 13:50
Dadaşov Kaiserslauterni məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Almaniya Cənubi regional liqasının 15-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kaiserslautern II” səfərdə “Eintracht" (Frankfurt) müvafiq komandasına 2:3 hesabı ilə məğlub olub.
Dadaşov 90 dəqiqə meydanda mübarizə aparıb.
Hazırda “Kaiserslautern II” 23 xalla 5-ci pillədə qərarlaşıb.
