2 noyabr 2013 12:46
Kamran Ağayev 10 gün sonra yüngül qaçışlara başlaya biləcək
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev cərahiyyə əməliyyatından sonra bərpa keçməkdə davam edir. Azerisport.az xəbər verir ki, 10 gündən sonra futbolçunun yüngül qaçışlara başlaması gözlənilir.
Lakin Ağayevin yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Xatırladaq ki, Kamran DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan – Rusiya matçında (1:1) zədələnmişdi. Bu üzdən o, Türkiyədə əməliyyat olunmaq məcburiyyətində qaldı.
