2 noyabr 2013 12:05
Millimizin üzvü Almaniyada yenə qol vurdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Toğrul Erat Almaniyada növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü “Fortuna”nın ikinci komandasında “Uerdingen”lə görüşün iştirakçısı olub.
Oyun 3:1 hesabıyla Eratın komandasının xeyrinə başa çatıb. Millimizin forvardı da bu görüşdə fərqlənə bilib. Komandasının ikinci qolunu 46-cı dəqiqədə məhz Toğrul vurub.
