2 noyabr 2013 11:34

Ruslan Poladov: Hakimlər bu oyunu korladılar

“Simurq”un kapitanı Ruslan Poladovun azerisport.az saytına müsahibəsi
 
- “Bakı”ya məğlub oldunuz. Bu oyunla bağlı nə deyə bilərsiz?
- Maraqlı oyun alındı. Düzdü, hakimliyin tamamilə bərbad olduğunu deməzdim. Amma heyf ki, belə bir oyunu korladılar.
 
- Bəs siz konkret nədən narazı qaldınız?
- Nəticə oyuna görə deyil. İkinci penaltini bizim qapımıza hardan təyin etdi, anlamaq olmur. Bəs eyni qayda pozuntusu “Bakı”nın cərimə meydançasında qeydə alınanda, yan xətt hakimi də bunu təsdiqləyəndə niyə penaltimiz verilmədi? Bizim qapıya penalti təyin olunanda isə Ramil Diniyev məhz yan xətt hakiminin sözü ilə hərəkət etdi. Suallar çoxdu, cavab yoxdu.
 
- Bəs siz bu oyundan neçə xalla ayrılmağı hədəfləmişdiniz?
- Ən azından belə bir məğlubiyyətə layiq deyildik.
 
- Günah sadəcə hakimlərdədi?
- Əlbəttə, yox. Biz də az səhvlər buraxmadıq. Çox çətin qollar vurduq, əvəzində yersiz qollar buraxdıq.
 
- Hələ ki, bu mövsüm “Simurq” üçün uğursuz keçir...
- Biz özümüz də belə olacağını gözləmirdik. Məsələn, bu oyunda da “Bakı” üzərində qələbəyə ümidli idik. Bu, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq üçün vacib idi. Amma gördüyünüz kimi, mümkün olmadı.
 
- Bəs komandanın belə qeyri-sabit çıxış etməsinin səbəbi nədi?
- Xeyli səbəblər var. Zədəli və cəzalı futbolçularımız kifayət qədərdi. Amma növbəti turdan optimal heyətlə oynamağımız mümkün olacaq. Həm də Zaqatala şəhər stadionundakı təmir işləri artıq başa çatmaq üzrədi və tezliklə doğma meydanımızda çıxış etməyə başlayacağıq. Ondan sonra əsl potensialımızı açacağımıza inanıram. Qələbə qazanmağımızın, üst pillələrə qayıtmağımızın vaxtıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.