2 noyabr 2013 21:53
Sadıq Sadıqov: Hesabın bu cür böyük olacağını heç təsəvvür belə edə bilməzdim
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində paytaxt təmsilçisinin rəhbəri 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyundan öncə hesabın bu cür böyük olacağını heç təsəvvür belə edə bilməzdim. Yəqin ki, belə bir hesabın olacağını desəydim, mənə gülərdilər. Amma uşaqlar öz oyunlarıyla göstərdilər ki, bu qələbəyə layiqdilər. Futbolçularımızı və məşqçilər korpusunu təbrik edirəm. Onlar layiqli şəkildə qələbə qazandılar”.
