2 noyabr 2013 21:46
Mahir Şükürov: Con Toşakı başa düşə bilmirəm
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində paytaxt təmsilçisinin üzvü 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən Con Toşakı başa düşə bilmirəm. O, oyunun əvvəlində bizim futbolçuların üstünə qışqırırdı. Elə Azərbaycan Kubokunun finalında da dava ona görə düşdü. Mən onun nəyə nail olmaq istədiyini başa düşmürəm”.
