2 noyabr 2013 21:25
Nazim Süleymanov: İlk qələbəmi XL üzərində qazandığım üçün şadam
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 4:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandam bu gün yaxşı oynadı. Meydanda səhvlərimiz oldu, qol buraxdığımız üçün təəssüflənirəm. İlk qələbəmi “Xəzər Lənkəran” üzərində qazandığım üçün şadam. Premyer Liqa uzun marafon kimidir, çalışacağıq ki, qarşıdakı oyunlarda da xallar toplayaq və finişdə yaxşı nəticə göstərək. “Xəzər Lənkəran” çempionatımızın yaxşı komandalarından biridir, onlarda uşaq yoxdur. Mən öz komandamın futbolçularına cavabdehəm. Cavid İmamverdiyevdən daha yaxşı, daha gözəl oyun gözləyirəm, lakin bu gün ondan istədiyimi ala bilmədim. Yerli futbolçularımızın hər biri milli komandaya layiqdir. Bunu meydançada sübut etmək lazımdır”.
