2 noyabr 2013 20:05

Şahin Diniyev: Qapıçının hər üç qolda səhvi oldu

“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “İnter”lə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Komanda yaxşı oynadı. Həm topa nəzarət etməkdə, həm sürətli hücumlar qurmaqda istədiyimizi edə bilirdik. Müdafiədə asan qollar buraxırdıq, bu da komandanın uğurlu çıxına mane oldu. Bu gün futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm. Futbolçuların bu günə olan potensialı, fiziki durumu yaxşı olmasa da, son dəqiqələrə qədər mübarizə apardılar. Komandamla fəxr edirəm, bunu deməyə utanmıram. Qapıçımızın hər üç qolda səhvləri oldu, qapıçı meydançasında topları götürə bilərdi. Bu cür səhvləri də aradan qaldırmalıyıq. Qol epizodları yaratdıq, Varea iki dəfə fərqlənə bilərdi. İkinci hissənin əvvəlində ikinci qolu vursaydıq, oyun heç-heçə başa çata bilərdi. Oyunun gedişini dəyişmək üçün ehtiyat qüvvəmiz yoxdu. Bugünkü durumda Sapela digər qapıçılarımızdan daha güclü olduğu üçün əsas heyətdə meydana çıxır. Aqil Nəbiyev iki gündü ki, xəstədi, oyundan öncə də sağlıq durumu yaxşı deyildi. Heç nəyə baxmayaraq, kişi kimi oyuna çıxdı və sona kimi mübarizə apardı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.