2 noyabr 2013 19:39
Bakının Atletikoya gedən futbolçuları yola salındı (VİDEO)
Xəbər verdiyimiz kimi, “Bakı” Madrid “Atletiko”sunun futbol akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü futbolçuları mətbut nümayəndələrinə təqdim edib. Azerisport.az xəbər verir ki, bir neçə mərhələdən sonra seçilən Süleymanov Ruslan, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllı bu gün İspaniyaya yola düşüb.
