2 noyabr 2013 14:18
Qırğızıstan Azərbaycanla oyun öncəsi darmadağına məruz qaldı
Futbol üzrə Qırğızıstan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, sözügedən oyunda qırğızların rəqibi İndoneziya olub.
Çakartada keçirilən qarşılaşma indoneziyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Qırğızıstan yığması noyabrın 19-da Azərbaycan millisi ilə də yoldaşlıq matçında üz-üzə gələcək.
