1 noyabr 2013 00:16

Mövsümün ikinci Böyük turu və ya zirvə savaşı

Bu həftə Topaz Premyer Liqasında 12-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun oyunları üç gün ərzində baş tutacaq.
 
Turun açılış oyununda “Bakı” “Simurq”la qarşılaşacaq. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşmış komandaların arasında keçirilmiş əvvəlki oyunlarda paytaxt klubunun üstünlüyü diqqət çəkir. Bu komandanın 7 qələbəsi var. Daha 7 görüşdə heç-heçə qeydə alındığı halda, “Simurq” bakılılara cəmi 3 dəfə qalib gəlib. Son 3 qarşılaşmada rəqibini xala həsrət qoyan bakılılar 18-ci dəfə görüşəcəyi “Simurq”la oyunlarda üstünlüyünü artırmağa çalışacaq. Zaqatala təmsilçisi isə 7 oyundu uda bilmədiyi paytaxt təmsilçisi ilə matçlarda 3 illik həsrətə son qoymağa cəhd edəcək. Top fərqi də “Bakı”nın xeyrinədi – 18:11. Son turlarda qələbə qazana bilməyən komandaların görüşü heç də az maraq doğurmur.
 
İkinci oyun günü paytaxt derbisi ilə əlamətdar olacaq. Son turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan “İnter” geridə qalan 11 tur ərzində hamıdan çox - 21 qol buraxan “Rəvan”ı sınağa çəkəcək. Paytaxt derbisinə “İnter” aşkar üstünlüklə çıxacaq. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub edib. Xala həsrət qalan “Rəvan” səfərdə rəqibinin qapısına yol da tapa bilmir. Top fərqi isə belədi – 12:2. Cari mövsümdə qələbə qazandığı oyunlardan sonra bir qayda olaraq xal itirən “bankirlər”in son turdakı AZAL zəfərinin davamını gətirib-gətirməyəcəyi maraqla gözlənilir. Şahin Diniyevli “Rəvan” isə yeni baş məşqçisi ilə ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq.
 
Turun ən maraqla gözlənilən qarşılaşması isə heç şübhəsiz ki, “Böyük oyun”du. Çünki çempionatımızın ən prinsipial qarşılaşmalarından biri “Neftçi” - “Xəzər Lənkəran” oyunudu. Ötən həftə Azərbaycan Super Kuboku uğrunda oyunda üz-üzə gələn komandalar bu dəfə növbəti “Böyük oyun”da qarşılaşacaqlar. Çempionata təsadüf edən 27-ci “böyük oyun”a “Neftçi” minimal üstünlüklə çıxacaq. Lakin artıq 17 matçdı ki, bu qarşılaşmalarda qonaq olan tərəf qalib gəlmir. Bu komandaların matçlarında indiyədək cəmi 3 dəfə qonaqlar qalib gəlib. Cənubluların yeganə səfər qələbəsi 5 il əvvələ təsadüf edib. “Neftçi”nin 8, “Xəzər Lənkəran”ın 7 qələbəsi olduğu halda, 11 qarşılaşmada sülh qeydə alınıb. Topların fərqi də bakılıların xeyrinədi – 24:20. Bu görüşdə “Neftçi” ilk növbədə Super Kubokdakı yenilgini unutdurmağa çalışacaq. Eyni zamanda “ağ-qaralar” yeni baş məşqçi Nazim Süleymanovla ilk qələbəsini də rəsmiləşdirməyə cəhd göstərəcəklər. Süleymanovun vaxtilə cənub klubunda çalışması da oyuna xüsusi maraq qatan amillərdəndi. Con Toşakın komandası ilk növbədə son turdakı ev oyununda “Qarabağ”a darmadağını unutdurmağa və Super Kubokdakı qələbənin təsadüfi olmadığını isbatlamağa səy göstərəcək. Baxmayaraq ki, məlum səbəblərdən cənublu azarkeşlər bu qarşılaşmada komandalarına dəstək göstərə bilməyəcəklər.

Son turda “İnter”ə uduzan AZAL Sumqayıta səfər edəcək. Yerli “Sumqayıt”la oyun hər iki komanda üçün əhəmiyyətli olacaq. Belə ki, son turlarda hər iki komanda uğursuzluqla üzləşir. Ev sahibi “Sumqayıt” 5 oyundu ki, rəqib qapılarına yol tapa bilmir. İlk 5 turda 4 ardıcıl qələbə qazanan AZAL isə 6 oyundu ki, qalib gələ bilmir. 10-cu – yubiley duelinə üstün çıxacaq AZAL autsayderlə matçda üstünlüyünü artırmağa çalışacaq. Bakılılar son 3 matçda rəqibini quru hesabla məğlub edib. 4 qələbəsi olan “təyyarəçilər”lə müqayisədə “Sumqayıt” 2 dəfə bu rəqibinə qalib gəlib. Daha üç oyunda isə sülh qeydə alınıb. Topların fərqi də Vaqif Sadıqovun komandasının xeyrinədi – 15:10.
 
12-ci turun mərkəzi oyununda isə “Qarabağ” “Qəbələ” ilə qarşılaşacaq. Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmış komandaların ilk dövrədəki oyunu ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatmışdı. Bütövlükdə isə, çempionatlarda 22 dəfə görüşən əyalət təmsilçilərinin matçlarında “Qarabağ” üstünlüyə malikdi. “Qəbələ” son 4 matçda qalib gələ bilməyib. Ardıcıl 5 matçdı meydanı qolsuz tərk etməyən Ağdam təmsilçisi son 3 görüşdə qapısından qol da buraxmayıb. “Qarabağ” bu rəqibinə 9 dəfə qalib gəlibsə, “Qəbələ” meydanı 5 dəfə 3 xalla tərk edib. 7 qarşılaşmada isə tərəflər xalları yarı bölüblər. Topların fərqində də üstünlük Ağdam klubunun tərəfindədi – 25:18. Qurban Qurbanovun komandası qalib gələcəyi halda əsas izləyicilərindən bir qədər də uzaqlaşa bilər. Yuri Syominin yetirmələri isə lideri devirib, yenidən zirvəyə qalxmaq şansına malikdi.
 
Topaz Premyer Liqası
12-ci tur
1 noyabr (cümə)
 
15:00. Bakı – Simurq
Hakimlər: Diniyev Ramil, Abbasov Yaşar, Əliyev İsgəndər, Nəsirov Ziya.
Əlavə köməkçi hakimlər:  Əliyev Vüsal, Məmmədov Orxan.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
2 noyabr (şənbə)
 
17:00. İnter – Rəvan
Hakimlər: Əliyev Vüsal, Əmiraslanov Knyaz, Yusifov Cavanşir, Əhmədov Tahir.
Bakı. “Şəfa” stadionu.
 
19:00. Neftçi – Xəzər Lənkəran
Hakimlər: Məmmədov Orxan, Musayev Elman, Vaqif Musayev, Paşayev Ömər.
Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Diniyev Ramil.
“Bakcell Arena” stadionu.
 
3 noyabr (bazar)
 
15:00. Sumqayıt – AZAL
Hakimlər: Yusifov Fariz, Haşımov Mübariz, Əsgərov Azər, Məmmədov Fərid.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 
17:00. Qarabağ – Qəbələ
Hakimlər: Ağayev Əliyar, Zeynalov Zeynal, Mehman Mahmudov, Məhərrəmov Ramiz.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
1 Qarabağ 11 7 3 1 20 4 +16 24
2 Neftçi 11 6 4 1 14 7 +7 22
3 QəbəlƏ 11 7 1 3 17 9 +8 22
4 AZAL 11 4 3 4 11 15 –4 15
5 Bakı 11 4 3 4 18 12 +6 15
6 Simurq 11 3 5 3 9 9 0 14
7 İnter 11 4 1 6 18 16 +2 13
8 XL 11 3 4 4 9 13 –4 13
9 Rəvan 11 1 4 6 5 21 –16 7
10 Sumqayıt 11 1 2 8 5 20 –15 5
 
Bombardirlər:
5 - Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ).
4 - Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Bahodır Nasimov (Neftçi), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.