1 noyabr 2013 12:30
"Bakı"nın 5 futbolçusu Madriddə
“Bakı”nın 1999-vu il təvəllüdlü 5 futbolçusu yaxın vaxtlarda İspaniyanın paytaxtı Madridə yola düşəcək. Azerisport.az xəbər verir ki, futbolçular “Atletiko”nun futbol məktəbində olacaqlar.
Yeniyetmə futbolçular məşqlərdə iştirak edəcək və bununla yanaşı Madriddə üç il müddətində təhsil alacaqlar.
