1 noyabr 2013 12:12

Berti Foqts gedir

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts çox güman ki, öz postunu tərk etməli olacaq. Azerisport.az saytına etibarlı mənbənin verdiyi məlumata görə, AFFA alman mütəxəssisə yeni müqavilə təklif etməyib. Xatırladaq ki, Foqtsun AFFA ilə müqaviləsi Dekabrın biri qüvvədən düşür.
 
Hazırda AFFA Berti Foqtsa əvəz axtarır. Onun varisləri qismində üç-dörd yerli mütəxəssis də var. Komandanı yerli mütəxəssislərin çalışdıraçağı ehtimalı da fərqlidir. Bu nisbət 60%-in 40%-ə nisbətində yerli mütəxəssislərin xeyrinədir. Adlara gəlincə konkret olaraq hələ heç nə məlum deyil Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adının bu siyahıda olduğunu əminliklə demək olar. Həmçinin “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin də namizədlər siyahısında yer alması ehtimal olunur.
 
Xatırladaq ki, Berti Foqts Azərbaycan yığmasını 2008-ci ilin yazında gəlib və üç seçmə mərhələdə komandaya rəhbərlik edib. Foqtsun rəhbərliyi altında milli komandamız DÇ-2010-nun seçmə mərhələsində 5 xal, Avro-2012-nin təsnifat mərhələsində 7 xal, DÇ-2014-ün seçmə oyunlarında isə 9 xal yığmağı bacarmışdı. Alman mütəxəssisin dövründə Azərbaycan yığması FIFA reytinqində də yüksəlməyi bacarıb.
 
Foqtsun yığmanın sükanı arxasında son oyunları noyabrın 15-də Tallində Estoniya, noyabrın 19-da Bişkekdə Qırğızıstan yığmasına qarşı olacaq. Foqts yığmanın baş məşqçisi postunda son rəsmi oyununu isə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Rusiya yığmasına qarşı keçirib (1:1).
 
Qeyd edək ki, yığmanın baş məşqçisi AFFA İcraiyyə komitəsinin iclasından sonra müəyyənləşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.