1 noyabr 2013 11:45
Sezinyonun “Neftçi”yə keçidi uğurlu transferdir
İdman agenti Maksim Karaqodin öz müştərilərinin müxtəlif komandalara uğurlu transferləri haqda danışarkən, onlardan birinin “Neftçi” futzal klubuna keçidi haqda söz açıb. Azerisport.az Karaqodinin sözlərini diqqətinizə çatdırır.
“Uğurlu transferlər o transferlərdir ki, bunlardan sonra müştərilərim mənə zəng edərək işimə görə təşəkkürlərini bildirirlər. Onların xoşbəxt çöhrələrini görürsən, telefonda xoş əhval-ruhiyyəsini duyursan. Onların müqaviləsi müdafiə olunmuş olanda, onlar yalnız oyun barədə düşünür. Hələ ki, mən özümün bütün futzal transferlərimi uğurlu sayıram. Bunlar, LTK-dən “Enakievets”ə keçmiş Boqdan Sviridov, həmçinin, Paulo Vitor, Kayo Junior, LTK-ni “Lokomotiv”ə dəyişmiş Nikita Şpiqar, “Uraqan”da oynayan Sergey Yakunin və İldar Makaev, “Energiya” ilə yeni müqavilə bağlamış Dmitri Bondar, Rusiyanın “Proqress” klubuna keçmiş Vladislav Lısenko, Azərbaycan klubu “Neftçi”yə keçmiş Sezinyodur”.
