1 noyabr 2013 11:25
Yığma Tallinə oyuna bir gün qalmış yollanacaq
Futbol üzrə Azərbaycan yığması Estoniya yığması ilə yoldaşlıq görüşündə iştirak etmək üçün noyabrın 14-də çarter reysi ilə Tallinə uçacaq. Azerisport.az xatırladır ki, Estoniya yığmasına qarşı oyun noyabrın 15-də Tallində “Le Kok Arena”da keçiriləcək.
Noyabrın 17-də milli komandamız Tallini tərk edib Qırğızıstanın paytaxtı Bişkekə uçacaq. Noyabrın 19-a isə Qırğızıstan yığması ilə yoldaşlıq oyununa çıxacaq.
