1 noyabr 2013 11:15

Neftçi revanş götürəcək, Qarabağ Qəbələni məğlub edəcək

Futbol mütəxəssisi Oqtay Abdullayev futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək oyunların proqnozu barədə fikirlərini azerisport.az saytı ilə bölüşüb.
 
BAKI - SİMURQ
Hər iki komandanı çətin oyun gözləyir. Hər ikisi yaxşı komandadır. “Bakı” son vaxtlar öz oyununu tapdığını nümayış etdirir. “Simurq” isə güzəştsiz komanda olduğunu göstərib. Düşünürəm ki, heç-heçə olacaq.
 
İNTER - RƏVAN
Aydındır ki, “İnter” ev oyununda qələbə qazanmağa can atacaq. Ancaq mən istərdim ki, Şahin Diniyev “Rəvan”da ilk qələbəsinə nail olsun. Buna baxmayaraq, təxmin edirəm ki, burada biz heç-heçə görəcəyik.
 
NEFTÇİ - XƏZƏR LƏNKƏRAN
Bu çox “böyük oyun” olacaq. “Neftçi”nin baş məşqçisi hər şeyi yaxşıya doğru dəyişmək istəyən Nazim Süleymanovdur. Super Kubokda məğlubiyyətdən sonra “Neftçi” qələbə istəyində olacaq. Düzdür, son görüşdə ajiotajın futboldan çox olduğunu deyərdim. Təxmin edirəm ki, “neftçi” revanş götürəcək.
 
SUMQAYIT - AZAL
Bu oyunda nə baş verəcəyini demək çətindir. Hər iki komanda son turlarda məğlub olub. Ancaq mən yenə də hesab edirəm ki, AZAL üç xalı qazanacaq.
 
QARABAĞ - QƏBƏLƏ
"Qarabağ"ın çox nizamlı oyunu var. Onlar topla əla davranır və tipu özlərində yaxşı saxlayırlar. Onlar həmişə belə oynayıblar. Ancaq “Xəzər Lənkəran”la son oyun göstərdi ki, onlar irəliyə doğru keyfiyyətli addım atıblar. “Qəbələ”nin hazırda müdafiə ilə bağlı problemləri var. Buna baxmayaraq, çox güclü hücum xətti də var. Mən deyərdim, hətta ən güclü. Ancaq orta xəttə, xüsusilə müdafiədəki problemlər Yusi Syominin komandasına özünü tam ifadə etməyə imkan verməyəcək. Hesab edirəm ki, “Qarabağ” qələbə qazanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.