1 noyabr 2013 10:45
Kadırov Syomini Qəbələni tərk etməyə razı sala bimədi
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Qroznı “Terek”ini çalışdırmaq təklifindən imtina edib. Azerisport.az xəbər verir ki, Çeçenistan prezidenti Ramazan Kadırovun onu dilə tutmasına rəğmən Yuri Pavloviç öz klubunda qalmaq qərarını verib. Həmçinin, bildirilir ki, “Terek” hazırda Rəşid Rəhimov və Andrey Kobelevin namizədliyini gözdən keçirir.
