1 noyabr 2013 17:56
Giorgi Çixradze: Qolları öz səhvlərimizdən buraxdıq
“Simurq”un baş məşqçisi Giorgi Çixradze futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Bakı”ya məğlubiyyəti (2:3) şərh edib. Azerisport.az Çixradzenin sözlərini oxuculara təqdim edir:
“Oyun maraqlı alındı. Biz gərgin mübarizənin şahidi olduq. Çoxlu vəziyyət yaratdıq. Ancaq əsasən öz səhvimiz ucbatından qol buraxdıq. Düşünürəm ki, bu gün ən azı bir xal qazanmalı idik”.
