1 noyabr 2013 17:05
İqor Ponomaryov: Neftçinin Böyük oyunda şansları çoxdur
Futbol veteranı İqor Ponomaryov futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyunu barədə fikirlərini azerisport.az saytına müsahibəsində bildirib.
“Bu oyunlar həmişə maraqlı olur. Azarkeşlərin yoxluğuna gəlincə, bunu edənlər günahkardır. Bizə əsl azarkeşlər lazımdır, futbola şuluq salmağa gələn adamlar yox. Mənə elə gəlir ki, “Neftçi”nin bu oyunda Super Kubokda məğlubiyyətə rəğmən şansları çoxdur”.
