1 noyabr 2013 17:00
İsgəndər Cavadov: Foqts qalsa, təəccüblənmərəm
Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov bildirib ki, Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçi postunda qalmasına təəccüblənməyəcək. Azerisport.az veteran futbolçunun sözlərini diqqətinizə çatdırır:
“Fots qalsa, təəccüblənmərəm. Bunun əleyhinə deyiləm. O, oyunçularla ümumi dil tapıb. Özü də o, yığmanı Avro-2016-ya çıxarmağa söz verib. Mənə elə gəlir ki, o, sözünü tutmalıdır”.
