1 noyabr 2013 16:40

Real Madrid Fondu Bakıda futbol məktəbi açır

Hazırda dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açan “Real” Madrid Fondu 4 noyabr tarixində Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi  ilə birgə “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimini həyata keçirəcək. Azerisport.az xəbər verir ki, məktəbin rəsmi açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, “Real” Madrid Fondunun vitse- prezidenti Enrike Sançes, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.
 
Qeyd edək ki, “Vətən” sosial futbol məktəbi post-Sovet məkanında 1-ci, Avropada isə 8-ci məktəbdi. 29 aprel 2013-cü il tarixində İspaniya Krallığının Madrid şəhərində yerləşən “Santyaqo Bernabeu” stadionunda Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və “Real” Madrid Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı  sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinib.
 
“Vətən” sosial futbol məktəbinə daxil olma şərtləri:
- 8-17 yaş həddi
- Risk altında olan və yoxsulluqdan əziyyət çəkən ailələr
- Uşağın təhsil və dərsə davamiyyət göstəricisi
- Ailənin sosial statusu (qaçqın və məcburi köçkün)
 
2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.