1 noyabr 2013 16:15
Xristov Qarabağa qayıtdı
“Qarabağ” Borçe Xristovu heyətinə qaytarıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Xristov komandada heyətin aşağı yaş kateqoriyalı qruplarında koordinasiyaçı işləyəcək.
Makedoniyalı mütəxəssislə iki illik müqavilə imzalanıb. Qeyd edək ki, Xristov 2011-12-ci illər mövsümündə “atçıları”n məşqçi qərargahında vəzifə tuturdu.
