1 noyabr 2013 15:15
Hafiz Məmmədov: İndi "Atletiko"ya azərbaycanlı uşaqlar gedəcəklər
“Bakı”nın prezidenti Hafiz Məmmədov “Bakı”nın beş yeniyetmə futbolçusunun “Atletiko”nun düşərgəsinə yollanması ilə əlaqədar şad olduğunu dilə gətirib. Azerisport.az Hafiz Məmmədovun fikirlərini diqqətinizə çatdırır:
“Atletiko”nun heyətində uşaqların məşqinə baxmaq xoş idi. Keçən il orada çinli uşaqların məşqini görmüşdük. İndi ora azərbaycanlı uşaqlar gedəcəklər. Göstərdiyi köməyə görə ölkə rəhbərliyinə minnətdarlıq edirik. Bizə ilk addımlarımızdan dəstək olan Azad Rəhimova, Rövnəq Abdullayevə, Təhsil Nazirliyinə, “Atletiko” rəhbərliyinə təşəkkür edirəm”.
