1 noyabr 2013 14:55
Atletiko təmsilçisi: Azərbaycanlı gənclər seçmə komandaya gedirlər
Madrid “Atletiko”sunun təmsilçisi Emilio Qutyerres beş yeniyetmə azərbaycanlı futbolçunun “döşəkçilər”in düşərgəsinə yollanması ilə bağlı fikrini bölüşüb. Azerisport.az Qutyerresin sözlərini diqqətinizə çatdırır.
“burada olmağıma şadam. Bu Azərbaycan futbolunun inkişafına yönəlmiş yaxşı layihədir. “Atletiko” uşaqlara kömək edəcək. Naziriniz ölkənizi təmsil etməyinizlə bağlı düzgün buyurub. Seçmə komandada məşq edəcəksiniz, çoxlu yeniliklər görəcəksiniz. Həmçinin, “Atletiko”nun əsas komandasının oyunlarını. Layihəyə görə “Bakı”nın prezidenti Hafiz Məmmədova təşəkkür edirəm”.
