1 noyabr 2013 14:45
Azad Rəhimov: Bu, hələ ilk qaranquşlardı
Gənclər və İdman naziri Azad Rəhimov beş yeniyetmə azərbaycanlı futbolçunun “Atletiko” futbol məktəbinə yollanmasını yüksək qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Belə ideyalar futbolun inkişafı üçün çox vacibdir. İdmanın bu növünün inkişafına nail olmaq üçün məhz belə işləmək lazımdı. Çünki futbolda inkişaf aşağı yaş qruplarından başlayır. Bu, hələ ilk qaranquşlardır. Bu təşəbbüslərin hamısı ölkə prezidenti tərəfindən imzalanmış futbolun inkişafına dair proqrama daxildir. Təhsil naziri uşaqların İspaniyada təhsilinə də razılıq verib. Bu layihənin futbolumuza böyük töhvə verəcəyinə əminəm. Siz həm də Azərbaycanı təmsil edəcəksiz. Ona görə də tariximizi, mədəniyyətimizi bilməlisiz, ölkəmizi layiqincə təmsil etməlisiz”.
