1 noyabr 2013 01:25
Land of fire Azerbaijan ilə daha bir zəfər (FOTOREPORTAJ)
Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Land of Fire Azerbaijan” formalı "Atletiko" (Madrid) klubu bu turda səfərdə “Qranada”nın qonağı olub.
Oyun madridlilərin qələbəsi ilə başa çatıb. Fasiləyə 1:0 üstün yollanan Madrid təmsilçisi ikinci hissədə daha bir dəfə fərqlənməklə görüşdən qalib ayrılıb - 2:1.
Bununla da, "Atletiko" ikinci pillədəki mövqeyini bir qədər gücləndirib. Komandanın hesabında hazırda 30 xal var.
