31 oktyabr 2013 00:25
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin bütün cütlükləri bəlli oldu
Ötən gün futbol üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, bu mərhələnin son oyununda “Araz Naxçıvan” doğma meydanda “Ağsu” klubu ilə qarşılaşdı.
Əsas vaxtı qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın taleyini ev sahibi komandanın oyunçusu Elmin Çobanovun 107-ci dəqiqədə vurduğu yeganə qol həll etdi. Nəticədə, “Araz Naxçıvan” 1/8 final mərhələsində Zaqatalanın “Simurq” klubu ilə qarşılaşmaq hüququ qazandı.
Qeyd edək ki, bütövlükdə 1/8 final mərhələsində aşağıdakı cütlüklər qarşılaşacaqlar:
“İnter” – “Şuşa”
“Neftçi” – “Kəpəz”
"Qaradağ Lökbatan” – “Rəvan”
“Bakı” – “Sumqayıt”
“Mil-Muğan” – “Qəbələ”
“Qarabağ” - AZAL
“Araz Naxçıvan” – “Simurq”
“Xəzər Lənkəran” – “Neftçala”
1/8 final mərhələsinin oyunları dekabr ayının 4-də keçiriləcək.
