31 oktyabr 2013 12:12

Nikoloz Gelaşvili: Qol vurmağa davam etmək lazımdı

“Qarabağ”ın və Gürcüstan yığmasının futbolçusu Nikoloz Gelaşvili azerisport.az saytına müsahibəsində öz qolları, Qurban Qurbanovun ona olan etimadı və “Qəbələ”yə qarşı keçiriləcək növbəti tur oyunundan danışıb.
 
Davamlı fasilədən - 8 turdan sonra yenidən “Qarabağ”ın heyətində fərqləndiniz.
Lənkərandakı oyun premyer-liqanın ən vacib səfər görüşlərindən biri idi. Ən əsası biz qalib gəldik. Komandaya kömək etdiyim üçün şadam. Bu amili özüm üçün müsbət hesab edirəm.
 
Yeri gəlmişkən, son qolunuzu da “Xəzər lənkəran”ın qapısına vurmuşdunuz.
(Gülümsəyir) Özümün üç qolundan ikisini bu komandaya vurmuşam. Bununla kifayətlənmək olmaz. Qol vurmağa davam etmək və başqa komandalarla oyunda etmək lazımdı.
 
Zəif məhsuldarlığa görə sizi mətbuatda tez-tez tənqid edirlər. Azərbaycan mətbuatını izləyirsiniz?
 İmkan olduqca. Tənqidə normal yanaşıram. Tənqid varsa, səbəb də var.
 
Gelaşvilinin vuran ayağı barədə növbəti sualdan sonra Qurban Qurbanov az qala əmr halında jurnalistlərə bu sualı verməyi qadağan etdi.
Məşqçi mənə etibar edir və bu, mənim üçün vacibdir. Məşqçinin etibarı inam yaradır. Mənə sadəcə bunu doğrultmaq qalır. Əlbəttə, mən də çox qol vurmaq istəyirəm, ancaq hər şey həmişə istəyin kimi alınmır.
 
“Qəbələ”yə qarşı növbəti oyun barədə nə deyə bilərsiniz?
Mənim üçün bu oyun mövsümdə ən vacibdir. Biz birbaşa rəqiblə oynayacağıq. Əgər “Qəbələ”ni məğlub edə bilsək, fərq beş xala çatacaq.
 
Və “Qarabağ” həsrətində olduğu çempionluğa yaxınlaşacaq?
Yox. Fərq əlverişli olacaq. Axı mövsüm hələ qarşıdadır. Həm də “Neftçi” də var.
 
Bəs növbəti oyun barədə?
İlk növbədə “Qarabağ”ın qələbəsini istəyirəm. Qalan hər şey ikinci dərəcəlidir.
 
Qarşıdakı Böyük oyun haqda nə düşünürsünüz?
Düzü, heç “Neftçi” - “Xəzər Lənkəran” oyunu barədə düşünməmişdim. Özümün qarşıda vacib oyunu var. Amma bu oyuna baxacağam.
 
Yəqin ki, “Xəzər Lənkəran”a azarkeşlik edəcəksiniz?
Mən “Qarabağ”ın “Qəbələ” ilə oyunda qələbəsinə azarkeşlik edəcəyəm. “Neftçi”nin necə oynayacağı isə vacib deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.