31 oktyabr 2013 10:45
Ağalarov Fenerbahçeyə sponsorluq haqda danışdı
Internet səhifələrində Azərbaycan əsilli rusiyalı biznesmen, “Krokus” kompaniyasının rəhbəri Araz Ağalarovun Türkiyənin “Fenerbahçe” klubuna sponsorluq edəcəyi haqda məlumatlar yayılıb. Azerisport.az diqqətinizə çatdırır ki, iş adamı bu informasiyanı təkzib edib.
Araz İsgəndər oğlu, Türkiyə futbol klubu “Fenerbahçe”ni alacağınız barədə məlumat yayılıb. Bu, düzdürmü?
Xeyr, bu, həqiqət deyil. Hətta bu mövzuda düşünməmişəm və belə bir alış etməyə hazırlaşmırdım
Onda belə bir məlumatın haradan peyda olmasını deyə bilərsiniz?
Şərh etməyə çətinlik çəkirəm.
Ümumiyyətlə, rusiyalı biznesmen Araz Ağalarov xarici futbol klublarını almaq iqtidarındadır?
Düşünürəm ki, nəyi almaq lazımdırsa, bu da özümüzün Rusiya klublarıdır.
Bəs bunu etməyə hazırlaşırsınız?
Birincisi mən iki komandanın sponsoruyam. Futbol klubu “Dinamo” və otüstü xokkey komandası Krasnoqorsk “Zorki”nin. Bu yükü çətinliklə çəkirəm və bu sahədə nə isə almağı planlaşdırmıram.
