31 oktyabr 2013 20:15
Böyük oyunla bağlı DİN-ə müraciət olundu
Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının növbəti turunda keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Azerisport.az xəbər verir ki, qurum "Böyük oyun" adlandırılan görüşdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edib.
PFL matçda təhlükəsizlik işlərinin yüksək səviyyədə olmasını istəyir.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" görüşü saat 19:00-da başlayacaq.
