31 oktyabr 2013 18:45
Neftçinin üç oyunçusu Azərbaycan yığmasında
“Neftçi”nin üç oyunçusu yeniyetmələrdən ibarət Azərbaycan yığmasına (U-19) dəvət alıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Ravil Məmmədli, Aqşin Qurbanov və Ramin Rzayev komandanın noyabrın 3-6-sı aralığında keçiriləcək seçmə toplanışlarında iştirak edəcəklər.
