31 oktyabr 2013 18:00

Nikola Valentiç: Qəbələ Qarabağdan güclüdür

“Qəbələ”nin müdafiəçisi Nikola Valentiç azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
 
“Qarabağ”a qarşı keçiriləcək oyuna hazırlıq necə gedir?
Komandada iş ab-havası var. Necə lazımdırsa, hazırlaşırıq. Həyəcan hiss olunmur, ancaq oyun ərəfəsində bu hal yaşanacaq. Çətin oyun olacaq. İlk dövrədə öz meydanımızda yaxşı oynasaq da, məğlub olduq. Borcumuzu qaytarmalıyıq.
 
Güclü həyəcan keçirəcəksiniz?
Axı həyəcan hər oyunqabağı olur. İlk fitlə də bundan əsər-əlamət qalmır.
 
Siz qeyd etdiniz ki, ilk oyunda yaxşı oynayırdınız və borcunuzu qaytarmalısınız. Unutmamısınız ki, həmin oyunda rəqib ehtiyat heyətlə oynayırdı?
Məncə, əsas heyətin 2-3 oyunçusu ilə. Artıq bunun əhəmiyyəti yoxdur. Axı biz başa düşürük ki, güclü komanda ilə oynamalı olacağıq. “Qarabağ”ın sazlanmış oyunu var. Ötürmələrdə yaxşı oynayırlar. Balanslaşmış komandadır. Ancaq hər bir komandnı məğlub etmək olar. Bizim gələcək rəqibimiz də istisna deyil.
 
Ağdamlılar qarşı necə oynamağa hazırlaşırsınız?
Məşqçimiz komandanı quracaq və bizə qələbə gətirəcək taktikanı tapacaq. Öz nizam-intizamımız, pressinqimiz və digər göstəricilərimizlə onları məğlub etmək olar.
 
Öz komandanızın gücünə bu qədər əminsiniz?
Bəli. Düşünürəm ki, biz “Qarabağ”dan güclüyük. Baxaq, görək bu Bazar bunu sübut edə biləcəyikmi. Əgər bacardığımız kimi yaxşı oynasaq, udmaq olar və bunu etmək lazımdır.
 
Bəs bilirsinizmi ki, “Qarabağ” artıq beş oyundur ki, qol buraxmır?
Yox. Rəqibin statistikası ilə məşğul olmamışam.
 
Son üç rəqibini ağdamlılar 3:0 hesabı ilə məğlub edib.
Bu bizi ancaq kökləyə bilər. Bu, onların yaxşı formada olduğunu göstərir. Yeri gəlmişkən, gec-tez onlar qol buraxmalıdır. Dünyada qol vurmağın mümkün olmadığı komanda yoxdur. Niyə bunu biz etməyək?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.