31 oktyabr 2013 17:13
AFFA: Baş məşqçi postuna iki namizəd
Növbəti həftə Bakıda çimərlik futbolu üzrə milli komandanın seçmə toplanışı olacaq. Azerisport.az xəbər verir ki, toplanışa 31 futbolçu çağırılıb.
Bu futbolçulardan bəziləri Azərbaycan yığmasında əvvəllər çıxış edib. Hazırda milli komandanın baş məşqçisi müəyyən edilməyib. Bəhram Hətəmovun gedişindən sonra yığmanı portuqaliyalı Ze Migelin çalışdıracağı haqda informasiya yayılmışdı. Ancaq indi məlum olub ki, bu yöndə Ze Miqelin rəqibi var və AFFA bu iki namizəd arasında seçim aparır.
Xatırladaq ki, yeni baş məşqçi qarşısında Bakıda keçiriləcək Avropa Oyunları-2015-də ölkəni təmsil edəcək döyüşkən komanda hazırlamaq tapşırığı qoyulub.
