31 oktyabr 2013 16:59
Xəzər Lənkəran Rəvana rəqib oldu (FOTOREPORTAJ)
Cari mövsümdən etibarən, AFFA-nın U-17 Liqasında çıxış edən komandalar arasında U-17 Kuboku turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında U-17 Kubokunun püşkü atılıb.
Püşkün nəticəsinə əsasən aşağıdakı cütlüklər qarşılaşacaq:
İlk oyunlar. 4 noyabr
Sumqayıt - İnter
Turan T - AZAL
Simurq - Kəpəz
Rəvan - Xəzər Lənkəran
Cavab oyunları. 25 noyabr
İnter - Sumqayıt
AZAL - Turan T
Kəpəz - Simurq
Xəzər Lənkəran - Rəvan
Qeyd: Ötən mövsüm U-17 Liqada ilk 4 yeri tutmuş komandalar - "Qəbələ", "Neftçi", "Bakı", "Qarabağ" - mübarizəyə növbəti mərhələdə qoşulacaq. (AFFA)
