31 oktyabr 2013 16:30
Andrey Arşavin: Azərbaycan variantım olmayıb
Sankt-Peterburq “Zenit”inin yarımmüdafiəçisi bildirib ki, bu ilin qışında ABŞ-ın MLS liqasına keçə bilərdi. Azerisport.az xəbər verir ki, Arşavin “Arsenal”da oyun təcrübəsinin azlığından əziyyət çəkəndə Asiya futbol klublarından bir sıra təkliflər alıb.
“Azərbaycan variantım olmayıb. Qətər ya BƏƏ-dən, haradansa təklif vardı. ABŞ variantı da olub, amma qışda. Əgər təklif şirikləndirici olsaydı, bəlkə də razılaşardım. Prinsipcə, iki dəfə Mayamidə olmuşam, ABŞ mənə bir ölkə kimi maraqlıdır və orada oynamaq istərdim. Bax, əgər Mayamidə komanda olsaydı, lap yəqin ora gedərdim. Amma orada idman yarışları yoxdur”.
