31 oktyabr 2013 16:17
Vaqif Sadıqov: AZAL psixoloji quyuya düşüb
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 11-ci turunda “İnter”dən alınmış məğlubiyyət (0:2), “Sumqayıt”la qarşıdakı oyun və yarış cədvəlindəki vəziyyət barədə danışıb.
Qarşıda sizi “Sumqayıt”la oyun gzləyir.
Bu ən çətin oyun olacaq. “Sumqayıt” yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Ancaq bu gün asan təslim olacaq autsayderlər yoxdur. Ən əsası isə komandanı psixoloji quyudan çıxarmaqdır. Axı biz ardıcıl olaraq altı oyundur ki, qələbə qazanmırıq.
İstənilən xal itkisinin yarış cədvəlinə təsir edəcəyi sizə təzyiq göstərmir ki?
Biz bütün bunları təsəvvür edirik. Vəziyyət elədir ki, biz dördüncü yerdən səkkizinci yerə düşə bilərik. Buna görə də qələbəyə can atacağıq.
Deyin, çempionatda ancaq 10 klubun iştirakı ilə əlaqədar, bu amilin yarış cədvəlinin ortalarında qərarlaşmış komandalara problem yaratması sizi narahat etmir ki?
Düşünürəm ki, bu, çempionatın rəqabət gücünü artırıb. Ancaq ola bilər ki, elə bu amil, yarış cədvəlinin ortalarında qərarlaşmış komandalara təsir edir. Həm də biz premyer-liqada böyük çəkişmələr görməyə ümid edirdik. Buna baxmayaraq “Qarabağ” böyük xalla irəlidədir. Ümumiyyətlə, liderlər üçlüyü digər komandalardan aralanıb.
Hesab edirsinizmi ki, ağdamlılar irəliyə doğru keyfiyyətli addım atıblar və məhz buna görə onların komandası hazırda liderdir və son üç oyun dəyişməz olaraq 3:0 hesabı ilə onların xeyrinə başa çatıb?
Bu, hələ yayda hiss olunurdu. “Qarabağ” komandaya kömək edən çox keyfiyyətli transferlər edib. Bu nəinki nəticə, həm də onların oyunun inkişafını gətirir. “Qarabağ” hətta Avropa Liqasında Almaniyanın “Eintracht” klubuna layiqli müqavimət göstərmişdi. Bəlkə də məzmunlu oyuna görə frankfurtluları hətta üstələyirdi, yalnız səviyyədə geri qalırdı. Oyunları hər gün kamilləşir. Onlar öz oyunlarında keyfiyyətli dəyişiklik edərək çox məhsuldar iş görüblər.
Komandanız gözlənilmədən evdə “İnter”ə məölub oldu (0:2).
Komandaların hər biri qələbə istəyirdi. Bilirsiniz, elə oyunlar olub ki, biz qələbəyə layiq olmayıb qələbə qazanmışıq. Bu dəfə isə məğlubiyyətə layiq deyildik, ancaq uduzduq.
Ancaq yenə də, AZAL-ın səfərdə “Bakı” ilə oyunda məğlubiyyətdən qurtulmasından sonra (2:2), “İnter”ə məğlubiyyət gözlənilməz oldu.
Əlbəttə, bizim hücumumuzda hər şey alınmadı. Üstəlik “İnter” mərkəzi və cinahları bağlayıb beş müdafiəçi ilə oynayırdı. Ancaq mən oyunumuzun təşkilindən çox razıyam. Buna baxmayaraq, oyunçularının fərdi fəaliyyətinin nəticəsi kimi rəqib qələbə qazandı.
Məğlubiyyətin səbəbi nədədir?
Obyektiv səbəb var. Belə ki, əsas heyətin beş oyunçusunun yoxluğu. Ancaq mən buna əsas səbəb deməzdim. Axı biz komanda oyunun cəhətdən güclüyük və deməli, hər bir futbolçu layiqli əvəzetməni bacarmalıdır. Ümumiyyətlə, indi çempionatda zəif komanda yoxdur. Hər bir komanda meydanı qələbə ilə tərk etmək üçün hər şey edir.
