31 oktyabr 2013 15:44
Cavid Qarayev UEFA-nın tədbirində iştirak edəcək
Noyabrın 1-də İsveçrənin Nyon şəhərində UEFA-nın Marketinq-Məşvərət Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi, qeyd olunan komitənin üzvü Cavid Qarayev tədbirdə iştirak edəcək.
