31 oktyabr 2013 14:10
Xəzər Lənkəran: Neftçi ilə oyunda bizim azarkeşlərimiz olacaq
“Xəzər Lənkəran”ın mətbuat xidmətindən azerisport.az saytına açıqlama verilib. Açıqlama Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi” ilə səfər oyununda azarkeşlərin iştirakına aiddir.
“AFFA qərar qəbul edib və biz bunun əksinə gedə bilmərik. Təbii ki, klub tərəfindən Bakıya tur təşkil edilməyəcək. Ancaq bizim məlumata görə, bu oyunda azarkeşlərimiz olacaq. Azarkeşlərin bunu necə edəcəyi barədə isə bizim məlumatımız yoxdur. Təkrar edirik ki, klub bununla əlaqədar heç nə təşkil etməyəcək”.
